Kreditlərlə bağlı statistika açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Kreditlərlə bağlı statistika açıqlandı

İqtisadiyyat

15 May 2025 14:12 424


Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, cari ilin aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq, milli valyuta ekvivalentində 29 milyard 679,4 milyon manat təşkil edib.

Dövlət Statistika KomitəsindənYenisabah.az-a bildirilib ki, ümumi kredit portfelinin 24 milyard 768,2 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 93,9 faizi banklar, 6,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 2,3 faiz artaraq 481,6 milyon manat olub və ümumi kredit portfelinin 1,6 faizini təşkil edib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!