Kreml Bakı və İrəvanı dayandırmaq üçün hərəkətə keçdi - Son razılaşmaya REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Kreml Bakı və İrəvanı dayandırmaq üçün hərəkətə keçdi - Son razılaşmaya REAKSİYA

Siyasət

30 Aprel 2024 19:41 9366


Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Rusiyanın maraqlarına ziddir.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Bakı ilə İrəvan arasındakı son anlaşmalara Moskvanın münasibətinə diqqət çəkib: Sezar pizza

“Rusiya mediası, o cümlədən Kremlin nəzarətindəki saytlar və agentliklər Ermənistanın radikal müxalifətinə gen-bol informasiya dəstəyi verir. Bu media radikalların Baş nazir Nikol Paşinyanı devirmək çağırışları və sərhəddəki insidentləri geniş şəkildə işıqlandırır, müxalifət nümayəndələrinin açıqlama və bəyanatlarını yayırlar. Bunu belə başa düşmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşma və sərhədlərin müəyyənləşməsi Kremlin maraqlarına ziddir. Çünki Bakı ilə İrəvan arasında razılaşmalar Rusiyanın nəzarətindən kənarda - birbaşa danışıqlarda əldə edilir.

Kremlin narahatlığının səbəbi bəllidir. İki ölkə arasında sərhədlər müəyyənləşdikcə, Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin imzalanmasına yaxınlaşır. Bu isə gələcəkdə Ermənistanda Rusiya hərbçilərinin varlığını sual altına qoyacaq.

Paşinyan rusiyalı hərbçiləri hələlik “Zvartnots” hava limanından çıxarmaq istəyir, ancaq Türkiyə ilə razılaşma əldə edilərsə, bu ölkə ilə sərhəddə də rusiyalı hərbçilərə ehtiyac qalmayacaq. Kreml bu gedişata mane olmaq istəyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!