“Kreml Cənubi Qafqazı başqalarına vermək və Qarabağdan çıxmaq niyyətində deyil...”

saytların hazırlanması

Evə çatdırılma

“Kreml Cənubi Qafqazı başqalarına vermək və Qarabağdan çıxmaq niyyətində deyil...”

Siyasət

21 Oktyabr 2022 19:06 2394


Rusiya tərəfi Paşinyanın guya  Moskvanın Qarabağdan əlini üzməsi barədə separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyana verdiyi məlumatı təkzib edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti informasiya yayıb.

Erməni qəzeti yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyanla son görüşdə Ermənistanın bundan sonra Qarabağla heç bir əlaqəsi olmadığını və rejimin Bakı ilə birbaşa danışıqlar aparmalı olduğunu bildirməklə yanaşı, Rusiyanın tezliklə Qarabağı tərk edəcəyi səbəbindən Xankəndindəki "hakimiyyət"in Qərbə istiqamət götürməsinin daha yaxşı olacağına eyham vurub... pizza hut

“Guya Rusiya mövqelərinin zəiflədiyi üçün Türkiyə-Azərbaycan tandemi ilə münaqişəyə girmək istəmir. Paşinyandan alınan məlumat Artsax prezidenti və siyasi qüvvələr üçün bəd xəbər olub. Siyasi dairələr bir neçə gündür ki, Rusiya Federasiyasından gələn bu məlumatın etibarlılığını aydınlaşdırmaq üçün bütün əlaqələrindən istifadə edir. Moskvaya səfər planlaşdırılıb. Odur ki, onlar müxtəlif fiqurlardan bütün bunların nə dərəcədə doğru olduğunu öz “kanalları” vasitəsilə yoxlamağı xahiş ediblər", - deyə erməni nəşri bildirir.Moderator.az

Sonda "Hrapak" yazır ki, guya bu günlərdə Xankəndindən alınan məlumata görə, Rusiyanın müxtəlif yüksək rütbəli dairələri Paşinyanın təqdim etdiyi “xəbərləri” təkzib edərək Cənubi Qafqazı başqalarına vermək və Qarabağdan çıxmaq niyyətində olmadıqlarını bildiriblər...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!