Kreml Paşinyana cavab verdi: “Qeyd-şərtsiz icra olunmalıdır!“

saytların hazırlanması

Evə çatdırılma

Kreml Paşinyana cavab verdi: “Qeyd-şərtsiz icra olunmalıdır!“

Siyasət

17 May 2021 14:29 1898


Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Ermənistanın Rusiyadan hərbi yardımla bağlı çağırışına cavab verib.

Yenisabah.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Putinə yazdığı məktuba rəsmi münasibət bildirib.

“Məktubun çatdığına əmin deyiləm, amma bütün bu məsələlər müzakirə olunub. Rusiya həm Bakı, həm də Yerevanla daimi əlaqədədir, vəziyyətin stabilləşdirilməsi üçün addımlar atılır. Putin üçtərəfli razılaşmanın bəndlərinin qeyd-şərtsiz icra olunmasının tərəfdarıdır”- deyə Peskov söyləyib. Pepperoni pizza

Xatırladaq ki, Paşinyan Rusiyadan Azərbaycanla ərazi mübahisəsi fonunda yardım istəyib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!