Kreml rəsmən təsdiqlədi: Putin razıdır

saytların hazırlanması

Evə çatdırılma

Kreml rəsmən təsdiqlədi: Putin razıdır

Siyasət

27 Dekabr 2025 00:59 758


Vladimir Putinin Yeni il öncəsi iri şirkətlərin rəhbərləri ilə görüşündə Ukrayna nizamlanması məsələsini müzakirə etdiyi, xüsusən də ərazilərin mübadiləsinə razı olduğu barədə məlumat vermişdik.

"Yeni Sabah" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov "Kommersant" qəzetinin bu məlumatını təsdiqləyib.

O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, "Ümumiyyətlə, müzakirə olunan mövzular davam edən, Qərb-Ukrayna mediasında sülh yolu ilə həll kontekstində dəfələrlə işıqlandırılan mövzular idi. Bu mövzular qeyd edildi". pizza sifarişi

Xatırladaq ki, "Kommersant" qəzeti bundan əvvəl yazmışdı ki, Vladimir Putin iş adamları ilə görüşündə "Rusiyanın ərazilərin qismən mübadiləsinə" hazır olduğunu bildirib./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!