Kreml XİN rəhbərlərinin görüşünü  şərh etdi

saytların hazırlanması

Evə çatdırılma

Kreml XİN rəhbərlərinin görüşünü şərh etdi

Siyasət

02 May 2023 16:01 904


Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlər Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi üçün mübahisəsizdir.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin, xüsusən də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşlərini şərh edərkən bildirib: “İki ölkə (Ermənistan və Azərbaycan) ilə mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birlikdə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür”. pizza

Peskovun sözlərinə görə, indiyə qədər nizamlanmaya töhfə verəcək başqa heç bir hüquqi əsas yoxdur, müvafiq olaraq, indiyə qədər bu üçtərəfli sənədlər tamamilə mübahisəsizdir”.

Eyni zamanda, dövlət başçısının mətbuat katibi vurğulayıb ki, bu əsasda nizamlanmaya kömək edə biləcək istənilən yardım alqışlana bilər”.

"Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını aşındıran müxtəlif cəhdlər var ki, bu da gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birincidən gedir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!