Kremldən Bakıya 2 qəfil zəng -   “Putin təşvişə düşüb”

saytların hazırlanması

Evə çatdırılma

Kremldən Bakıya 2 qəfil zəng - “Putin təşvişə düşüb”

Siyasət

23 Noyabr 2022 13:11 6503


“Bu, bilirsiniz, nəyə oxşayır? Elə bil təhlükəyə düşmüş bir adam yanan binadan nəyisə xilas etməyə çalışır. Putinin hərəkətləri də məhz buna bənzəyir. Ukraynadakı böyük məğlubiyyətdən sonra indi o, Cənubi Qafqazda özünün nüfuzunu saxlamağa çalışır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

O, Rusiya dövlət başçısı Vladimir Putinin Prezident Əliyevə telefon zəngindən söz açıb. pizza sifarişi

Xatırladaq ki, bu, bir həftə ərzində sayca ikinci telefon zəngidir.

Q. Hüseynliyə görə, Qərblə ciddi rəqabətə girən Putin rəqabətin yeni bir sahəsində – Cənubi Qafqazda moderatorluq və sülhyaratma proseslərində hegemonluğu ələ almağa çalışır:

“Bu nöqteyi-nəzərdən o, həm Ermənistana, həm də Azərbaycana təzyiqlər göstərməyə çalışır. Azərbaycanla bağlı məsələ kifayət qədər mürəkkəbdir. Çünki Azərbaycan Prezidenti Putinlə münasibətlərində mövqeyini dəqiq ölçüb-biçib və hər hansı bir kompromisə getməyəcək. Ona görə də Putin prosesləri öz əlində saxlamağa çalışır, amma bunun alınacağını zənn etmirəm. Çünki Rusiya oynadığı rolu, xüsusən də Cənubi Qafqazı rəqabət mühitinə çevirmək kimi mürəkkəb oyununu axıra qədər həyata keçirə bilməyəcək”.

Siyasi təhlilçi əlavə edib ki, Putinin Ruben Vardanyanın adının hallanması və Fərhad Əhmədovun istintaqa çağırılmasından sonra dövlət başçısına telefon zəngləri onun artıq təşvişə düşdüyünü göstərir:

“Putinin ölkəmizə qarşı həm Vardanyanın, həm də Fərhad Əhmədovun timsalında müxtəlif oyunlar qurduğunu gördük və bu oyunların üstü açıldı. Bu, Azərbaycana qarşı təxribat planları idi. Azərbaycan siyasi rəhbərliyi, məncə, bu məsələlərin hər birində ehtiyatlı olmalı və sülhyaratma prosesinin alternativ variantlarına daha çox diqqət yetirməlidir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!