Kremldən Brüssel görüşünə reaksiya: “Müsbət faktdır və alqışlanır“

saytların hazırlanması

Evə çatdırılma

Kremldən Brüssel görüşünə reaksiya: “Müsbət faktdır və alqışlanır“

Siyasət

07 Aprel 2022 13:50 514


Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Aydındır ki, proses çox uzundur, lakin belə bir sənədin bağlanması istiqamətində irəliləyiş çox müsbət faktdır və alqışlanır", - Rusiya prezidentinin sözçüsü deyib. Toyuqlu pizza

Peskov Azərbaycan və Ermənistanın sülh danışıqlarına hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdən sonra bəyanat yayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqların müsbət keçdiyini bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!