Kremldən rus deputatın Azərbaycanı hədələməsinə reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Kremldən rus deputatın Azərbaycanı hədələməsinə reaksiya

Siyasət

29 Mart 2022 14:30 652


Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanının neft sənayesini vurmaqla bağlı çağırışına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.

“Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırırıq. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”,- Rusiya prezidentinin sözçüsü deyib. Pepperoni pizza

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!