Kremlə dron hücumu:   “11 sentyabr” Moskvada təkraralanır?

saytların hazırlanması

Evə çatdırılma

Kremlə dron hücumu: “11 sentyabr” Moskvada təkraralanır?

Siyasət

04 May 2023 13:57 1526


“Qərbin Kremlə PUA hücumunu Rusiyanın özünün həyata keçirməsi ilə bağlı açıqlaması məntiqə uyğun deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlmasında siyasi şərhçi Azad Məsiyev deyib.

O, mayın 3-də Kremlə qarşı həyata keçirilən PUA hücumlarınının pərdəarxası məqamlarını şərh edib. pizza sifarişi

Xatırladaq ki, Qərb mətbuatı bu hadisəni Rusiyanın Ukraynada apardığı müharibənin arealını genişləndirmək üçün ortaya atdığı yeni bir siyasət kimi qiymətləndirib. Hətta bu hadisəyə “Rusiyanın 11 sentyabrı” deyənlər də çoxluq təşkil edir.

Öz növbəsində, A. Məsiyev söyləyib ki, onsuz da Rusiya Ukrayna ərazisində istədiyi əməliyyatı həyata keçirir:

“Yəni hansısa bir fikri formalaşdıraraq müharibənin arealını genişləndirmək Rusiya üçün vacib deyil. Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat”ı başlayanda bunu nə kiminləsə razılaşdırmamışdı və Kiyevə qədər əməliyyat həyata keçirmişdi”.

Analitikin fikrincə, Rusiya bu gün hərbi əməliyyatın zərurətindən doğan istənilən obyektə zərbə endirə bilir, ona görə də Rusiyanın Kremlə dron hücumu ilə dünya ictimaiyyətini buna fokuslamasının heç bir məntiqi əsası yoxdur.

“Birinci dəfə deyil ki, Ukrayna tərəfi Rusiya ərazisində belə bir əməliyyat keçirir. Ukrayna Belqorod şəhərində də bir neçə obyektləri vurub. Bu da təbiidir. Məncə, Kreml, yaxud Rusiyanın hansısa bir subyektində hərbi əməliyyat keçirməyi Ukraynanın özünümüdafiə tədbiri kimi qiymətləndirmək olar. Ona görə də burada sensasiya yaradacaq bir əlamət görmürəm”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!