Kremlin mətbuat katibi Ermənistandakı aksiyalardan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Kremlin mətbuat katibi Ermənistandakı aksiyalardan danışdı

Dünya

05 May 2022 14:14 393


"Rusiya Ermənistanda çətin dövrün mümkün qədər tez başa çatmasında və sabitlik dövrünün gəlməsində maraqlıdır".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, tamamilə və sonadək Ermənistanın daxili məsələsidir. Ermənistan, bildiyiniz kimi, müttəfiqimiz, bizim üçün çox vacib olan bir neçə inteqrasiya formatında tərəfdaşımızdır. Bu ölkə böyük dostumuzdur. Ona görə də, əlbəttə, biz maraqlıyıq ki, ən qısa zamanda bu dövr bitsin və yenidən sabitlik dövrü başlasın", - Peskov əlavə edib. Pepperoni pizza

Onun sözlərinə görə, Ermənistanda sabitlik dövrü Rusiya prezidentinin iştirakı ilə yekunlaşan Qarabağ üzrə üçtərəfli sazişlərin, eləcə də ikitərəfli əlaqələrlə ümumi inkişafın mərhələli şəkildə həyata keçməsinə imkan verəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!