“Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” - Türkiyənin müdafiə naziri

saytların hazırlanması

Evə çatdırılma

“Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” - Türkiyənin müdafiə naziri

Siyasət

17 İyun 2023 20:57 751


Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​rəsmi Ankaranın Ukraynadakı münaqişənin həllinə töhfə verməyə hazır olduğunu bəyan edərək, onun ərazi bütövlüyünün qorunmasının vacibliyinə işarə edib.

"Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəhbəri Brüsseldə NATO nazirlərinin toplantısının yekunlarına əsasən bildirib.

"Brüsseldə keçirilən görüşdə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyimizi bir daha bəyan etdik. Biz diplomatik vasitənin zəruriliyini qeyd edərək, münaqişə tərəfləri arasında tezliklə atəşkəsin əldə olunmasının vacibliyinə işarə etdik ki, daha çox dağıntıların qarşısının alınması və daha da artmasının qarşısının alınmasına nail olunsun”, - Y.Gülər ​​vurğulayıb. pizza sifarişi

O, əlavə edib ki, Türkiyə əvvəlki kimi həm bu məsələdə, həm də humanitar yardımın göstərilməsində əlindən gələni etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!