Kriminal avtoritetin qardaşını qətlə yetirən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Kriminal avtoritetin qardaşını qətlə yetirən şəxsə hökm oxundu

Kriminal

11 İyun 2024 15:26 280


Şərur rayonunun Yengicə kəndində həmkəndlisi Fariz Ağayevi qətlə yetirməkdə təqsirləndirilən Elvin Zaxarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Zaxarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Pepperoni pizza

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayının 19-da Şərur rayon Yengicə kəndində baş verib. 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən Fariz Ağayev kriminal aləmdə "Dana Vüqar" kimi tanınan, məhkum olunmuş Vüqar Ağayevin qardaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!