“Krokus Siti Holl” təmir ediləcəkmi? – Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Krokus Siti Holl” təmir ediləcəkmi? – Rəsmi

Dünya

24 Mart 2024 15:09 796


“Krokus Siti Holl”un konsert zalının bərpa edilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə 22 martda teraktın baş verdiyi kompleksin sahibi olan "Krokus İnterneşnl” şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”, - məlumatda bildirilib. pizza sifarişi

Şirkət ailəsini və yaxınlarını itirən hər kəsə başsağlığı verib.

Həmçinin faciə zamanı “peşəkar, aydın və qəhrəmancasına” hərəkət edərək qonaqların və əməkdaşların həyatını xilas edən konsert zalı komandasına xüsusi minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, 22 martda “Krokus Siti Holl”da baş verən terror aktı nəticəsində 133 nəfər (qeyri-rəsmi 150 nəfər) ölüb, 154 nəfər yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!