KTM: Ötən il 1188 nəfər zəhərlənib,   46-sı ölüb

saytların hazırlanması

Evə çatdırılma

KTM: Ötən il 1188 nəfər zəhərlənib, 46-sı ölüb

Sağlamlıq

07 Yanvar 2026 09:18 736


Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1188 nəfər qəbul edilib.

Bu barədə “Yeni Sabah”a mərkəzdən məlumat verilib. 

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar. pizza sifarişi

Pasiyentlərin 495 nəfəri dərman preparatlarından, 1 nəfəri siçan dərmanından (rodentisid), 1 nəfəri həşərat dərmanından, 352 nəfəri sirkə turşusundan, 

8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri kimyəvi məhlullardan, 65 nəfəri allergik reaksiyalardan, 40 nəfəri fosfor üzvi birləşmələrindən, 18 nəfəri anafilaktik şokdan, 13 nəfəri tüstüdən, 66 nəfəri dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft məhlulundan, 5 nəfəri yabani bitkilərdən, 6 nəfəri həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən,4 nəfəri isə inqalyasion  zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Məlumata görə, aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 46 nəfər (32 kişi və 14 qadın) ölüb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!