YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“KTMT bizim itimizdir, amma nə dişləyir, nə də hürür”  - Arşakyan

“KTMT bizim itimizdir, amma nə dişləyir, nə də hürür” - Arşakyan

Siyasət

01 Oktyabr 2022 11:57 862


“Paşinyanın Ermənistana beynəlxalq müşahidəçilərin göndərilməsindən bəhs etməsi, habelə beynəlxalq ictimaiyyətə olan notası məxməri çağırışdır. Yəni o deyir ki, biz mövcud müşahidədən imtina edirik. Çünki bu missiya bizi zəiflətdi”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin sabiq deputatı Azat Arşakyan deyib.

“Biz KTMT-yə, SSRİ-yə, MDB-yə, Romanovlar imperiyasına, Holşteynlərə daxil olanda erməniliyimizin işarəsinə, “Ermənistan” işarəsinə yapışmışıq. “Во дворе злая собака” (İçəridə dişləyən it var) sözünü nəzərinə çatdırmaq istəyirəm. Yəni KTMT bizim qəddar itimizdi, hamı bilməli idi ki, Ermənistana girmək təhlükə altında olmaq deməkdir. İndi o it, yəni KTMT nə dişləyir, nə də hürür. Biz hazırda dünyaya deməliyik ki, bizim it dişləmir, bizə başqa gözətçi it lazımdır”, – Arşakyan deyir. 

O, həmçinin vurğulayır ki, Nikol Paşinyan konkret olaraq hansısa quruma müraciət etməli idi, lakin onun dünyaya müraciət edib-etmədiyi aydın deyil.

Türkiyə ilə sərhədlərin açılacağı halda Arşakyan ermənilərin Türkiyə iqtisadiyyatına qarışacağından narahatdır:

“Onlar işə qarışacaqlar, fəallaşacaqlar və necə ki, Rusiya Federasiyasında bizim milliləşdirməmizə mane olan oliqarxlarımız var, burada da belə olacaq. Türkiyədə hələ də 100 min əcnəbi işçimiz var, onlar çalışırlar və Türkiyənin iqtisadiyyatını gücləndirirlər. Sərhədlər açılsa, Türkiyə qazanacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!