KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın   - Dumada TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

KTMT kontingenti Qazaxıstanda həmişəlik qalsın - Dumada TƏKLİF

Siyasət

06 Yanvar 2022 19:01 2171


“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının həmsədri Sergey Mironov Qazaxıstanda KTMT sülhməramlı kontingentinin daimi əsasda fəaliyyət göstərməsini təklif edib.

“KTMT qüvvələri Qazaxıstanda ekstremizmə qarşı mübarizə sisteminin, o cümlədən rusdilli əhalinin müdafiəsi sisteminin formalaşdırılması üçün əsas ola bilər. Təklif edirəm ki, KTMT hərbçilərinin respublikada daimi qalması məsələsinə baxılsın. Bu, gələcək illər üçün sülh və əmin-amanlığın təminatıdır”, - deyə Mironov bəyan edib.

Qeyd edək ki, yanvarın 5-də Qazaxıstanda baş verən iğtişaşlar fonunda ölkə prezidenti Kasım-Jomart Tokayev KTMT dövlət başçılarına müraciət edərək, Qazaxıstana “terror təhlükəsini” aradan qaldırmaqda köməklik göstərməyi xahiş edib./Oxu.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    MİRONOVUN TƏKLİFİNDƏN BELƏ QƏNAƏTƏ GƏLMƏK OLUR BU RUSİYA PLANI İMİŞ. HARADA RUS HƏRBÇİSİ VARSA ORADA HAQ-ƏDALƏT OLMAYACAQ.
    4 years ago