KTMT missiyası Ermənistan və Azərbaycan sərhədi ilə bağlı təkliflər hazırladı

saytların hazırlanması

Evə çatdırılma

KTMT missiyası Ermənistan və Azərbaycan sərhədi ilə bağlı təkliflər hazırladı

Siyasət

19 Sentyabr 2022 22:35 1087


Kollektiv Təəhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün Ermənistan Müdafiə Nazirliyində KTMT-nin ölkədəki missiyasının qabaqcıl qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov təkliflərlə bağlı nazir Suren Papikyana məlumat verib. pizza

Bildirilib ki, hazırlanmış təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.

Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qabaqcıl qrupu Moskvaya yola düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!