“Kubok oyununda favoritim yoxdur” – Şahin Diniyev

saytların hazırlanması

Evə çatdırılma

“Kubok oyununda favoritim yoxdur” – Şahin Diniyev

İdman

25 Aprel 2019 19:16 951


“Mənim kubok oyununda favoritim yoxdur. “Qəbələ” elə də zəif rəqib deyil ki, 1:0 udmasına təəccüblənək. Bu oyundan sonra bütün kartlar ikinci  oyuna qalıb”.

Bunu “Yeni Sabah”a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev Azərbaycan kuboku uğurunda yarımfinalın ilk mərhələsinin oyunlarını şərh edərkən deyib. O, bildirib ki, hər iki matçda komandaların bərabər səviyyəli oyun nümayiş etdirdiklərini və onların finala  vəsiqə qazanma şanslarını bərabər qiymətləndirdiyini söyləyib:

“1-ci oyunda 4 komanda da ehtiyatla oynayırdı. Bunu ən çox “Sumqayıt” – “Zirə” matçında görürdük. Çünki kubok oyunu elədir ki, 2-ci oyunda tale daha çox həll olunur. Evdə olan qol buraxmamaq, səfərdə olan isə qol vurmaq istəyir. Səfərdə vurulan 1 qol 2 qola bərabər olduğu üçün komandalar qol buraxmamaq prinsipindən gedir. Biz də şahidi olduq ki, hər iki oyunda komandalar bu prinsipi yerinə yetirməyə çalışdılar.  Dördpendirli pizza

“Qəbələ”nin evdə udması, səfərdə onda sakitlik yaradacaq. “Sumqayıt”-“Zirə”də  isə  demək olar ki, oyun heç başlamayıb, 0-dan start götürəcək. 4 komandanın da şanslarını bərabər dəyərləndirirəm”. 

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!