Xəbər verdiyimiz kimi, Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb. Belə ki, sürət həddini aşan sürücülər yolda polis tərəfindən saxlanıldıqda onlara alternativ cəza tətbiq edilir. Sürücü 400 avro cərimə ödəmək əvəzinə, avtomobilini yol kənarında 1 saat saxlayıb daha sonra yoluna davam etməyi seçə bilir.
Bəs gələcəkdə Azərbaycanda da pul cərimələrinin yerini belə cəzalar ala bilərmi?
Mövzu ilə əlaqədar “Yeni Sabah”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı belə cəzaların daha effektiv olduğunu dedi: Dominos pizza
“Dünyanın bir çox ölkələrində cəriməyə alternativ, belə kreativ cəzalar da düşünüb tətbiq edirlər. Amerika və daha bir neçə ölkə belə alternativlərdən istifadə edir. İnzibati cəza əvəzinə mənəvi cəzanın tətbiqi daha təsir edici olar.
Bizdə avtoxuliqanlıq edən sürücü 15 gün müddətinə həbs olunur və 1 illik sürücülük hüququ əlindən alınır. Bununla da bitir. Amma biz dəfələrlə təklif etmişik ki, onları məcburi əməyə cəlb edək. Məsələn, küçələri süpürən yaşlı nənələrin yerinə həmin o avtoxuliqanlar, polisə tabe olmayanlar, sərxoş sürücülər, yəni törətdikləri xətanın tərkibində inzibati həbs olanlar küçələri süpürsünlər. Belə insanları aparıb orda bəsləməkdənsə, bu yolu seçmək olar. 15 gündən sonra çıxır, olur yenə həmin adam. Hansısa kişi bilsə ki, bunun sonunda küçə süpürmək var, bunu eləməyəcək. Ona görə də, təklifimiz var ki, sürücü hansı küçədə xəta törədibsə, 1 ay səhər-axşam həmin küçəni süpürsün. Qocalar evinə aparmaq olar ki, onlara xidmət etsinlər. Əlbəttə ki, bu da nəzarət altında baş verməlidir".
Ekspertin sözlərinə görə, hazırda sürət həddini yol polisləri yox, xüsusi radarlar, texniki vasitələr ölçdüyü üçün nəticə dərhal yol polisinin əlinə çatmır. Odur ki, polisin həmin sürücünü saxlayıb gözlətməsi də reallaşa bilməz. Əvvəlki illərdə isə bunu etmək olardı:
"Deyək ki, biz Qəbələyə gedirik, sürət həddini aşsaq, yarım saat qabağa düşəcəyik. Amma yol polisi bizi buna görə 1 saat gözlətsə, hətta yarım saat geriyə düşəcəyik. Düşünürəm ki, bu maraqlı ideyanı nə vaxtsa bizdə də tətbiq etmək olar”.
Sabrina
Telegram kanalımız