Küçədə adamı döyərək telefonunu aldılar

saytların hazırlanması

Evə çatdırılma

Küçədə adamı döyərək telefonunu aldılar

Kriminal

03 Fevral 2019 01:24 895


Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda qeydə alınan quldurluq hadisəsinin üsdü Nizami Rayon Polis İdarəsi 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən açılıb.

 “Yeni Sabah” xəbər verir ki, yanvarın 26-da Şöbəyə şikayət ərizəsi ilə müraciət edən Suraxanı rayon sakini Cahangir Əhmədov bildirib ki, metronun Qara Qarayev stansiyasının yaxınlığında tanımadığı iki nəfər şəxs onu döyərək əlində olan “LG” markalı mobil telefonu alıblar. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinyəti törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Emin Mənsimov və əvvəllər məhkum olunmuş Mirzaman Kamilov saxlanılıblar. Onlar ifadələrində quldurluq etdiklərini etiraf ediblər.

Faktla bağlı 25-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!