Küçələrdən yığılan pullar hara gedir?

saytların hazırlanması

Evə çatdırılma

Küçələrdən yığılan pullar hara gedir?

Xalqın səsi

26 Yanvar 2019 01:39 1591


Son günlər Bakıda avtomobillərin park olunması və dayanma-durma qaydalarının pozulmasının kütləviliyi sürücülər arasında narazılıq yaradır. Vətəndaşlar “parkovka” sahəsindəki qarışıqlıq və özbaşınalıqdan şikayət edirlər.

Belə ki, bu gün küçələrdə qollarına qırmızı bağlayıb əlində çubuq tutan naməlum şəxslər sürücülərdən maşını saxlamağa görə müəyyən miqdarda pullar alırlar. Amma bu şəxslərin kim olduğunu, haranı təmsil etdiyini, vətəndaşlardan yığılan pulun kimin cibinə getdiyini heç kim bilmir. İllərdir bu proses davam edir və ölkənin müvafiq qurumları bu məsələdən baş aça bilmirlər.

Bakı Nəqliyyat Agentliyi açıqlayıb ki, meriya onlara yalnız “Hökumət evi”nin yaxınlığındakı və Qış Parkının altında yerləşən yeraltı dayanacaqları təhvil verib. Prezidentin sərəncamı ilə paytaxtın bütün küçələrində və dövlətin hesabına tikilən dayanacaqlarda bu prosesə nəzarət etməli olan qurum –  Bakı Nəqliyyat Agentliyi isə bir ilə yaxındır səlahiyyətləri əlinə almaqda aciz qalıb. Belə ki, bu gün “parkovşik”lərin hardan gəlib, yığdıqları pulları hara apardıqları bilinmir. Dördpendirli pizza

BNA rəhbəri Vüsal Kərimli hesabat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin dayanacaqları onlara tam təhvil vermədiyini açıqlayıb. Belə olan halda həmin şəxslərə meriyanın nəzarət etdiyi cavabı ortaya çıxır. Lakin bu qurum da məsuliyyəti öz üzərinə götürmür.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, prezidentin sərəncamından sonra dayanacaqlara nəzarət edən qurum da fəaliyyətini dayandırıb: “Bütün dayanacaqlar təhvil verilib. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin balansında heç bir yerüstü və ya yeraltı dayanacaq yoxdur”.

Bakı Nəqliyyat Agentliyi isə bu qarışıq durumdan baş açmaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib. 

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti prezidentin sərəncamından 11 ay keçməsinə baxmayaraq, dayanacaqları təhvil verməyib: “Sürücülər dayanma və durmanı qadağan edən nişanlar olan ərazilərdə kimlərinsə sözünə arxayın olub maşınlarını saxlamasınlar. Bizə belə şikayətlər də daxil olur. Cərimə olunan sürücülər deyirlər ki, o ərazidə kiməsə ödəniş edib maşınlarını park ediblər. Sürücülər yalnız parklanmaya icazə verən (P) nişanının quraşdırıldığı ərazilərdə maşınlarını saxlaya bilərlər”.

M. Ağayev P nişanı olan ərazilərdə sürücülərdən ödəniş alınmasını qanunsuz adlandırıb: “Həmin şəxslərin kim olduğunu bilmirik, çünki biz Bakı Şəhər İcra Hakimiyyətindən həmin əraziləri təhvil almamışıq. Bizim səlahiyyətimizdə olmayan yerlərdə araşdırma apara bilmərik. Bununla bağlı Daxili İşlər Nazirliyinə şifahi məlumat verilib, rəsmi müraciət də olunacaq. Bakı Nəqliyyat Agentliyi hələ ki, yalnız Hökümət evinin və Qış Parkının altındakı dayanacaqlara nəzarət edir”.

Qafqazinfo.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!