Müasir Türk şeirinin tanınmış nümayəndələrindən olan Küçük İsgəndər vəfat edib.
"Yeni Sabah" "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, şair sabah dəfn ediləcək.
Bildirilir ki, 55 yaşlı şair ötən ildən bəri xərçənglə mübarizə aparırdı.
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu "Twitter" hesabında paylaşım edərək şairin yaxınlarına başsağlığı verib.
Elnarə İlham
Telegram kanalımız