Kukla Teatrı beynəlxalq festivalın qalibi olub

saytların hazırlanması

Evə çatdırılma

Kukla Teatrı beynəlxalq festivalın qalibi olub

Mədəniyyət

16 Sentyabr 2025 16:06 628


Azərbaycan Dövlət Kukla Teatrı “Aktau – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində “NOMAD PUPPET” I Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi təmsil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Kukla Teatrı məlumat verib.

Bildirilib ki, TÜRKSOY və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə türkdilli ölkələri bir araya gətirən ilk sənət bayramı öz işini uğurla başa vurub və təmsilçilərimiz festivalın "Milli ənənələrin qorunmasına görə" nominasiyasında qalib olublar. pizza mizza

Qeyd edək ki, bütün qalib kollektivlər festivalın diplomları və pul mükafatları ilə təltif olunublar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!