“Dünəndən bəri 6-7 ünvanda ağac qırılması ilə bağlı müraciət daxil olub".
Bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov “Yeni Sabah”a açıqlamasında bildirib.
“Əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır və fəsadları aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər. Əsasən Yasamal, Nərimanov, Nəsimi və Binəqədi rayonlarından müraciətlər daxil olub. Təxminən 7 ağac qırılıb, lakin heç bir fəsad törətməyib”. Dördpendirli pizza
Qeyd edək ki, dünən gecədən bəri paytaxtda başlayan güclü külək hələ də davam edir.
Sabrina
Telegram kanalımız