Dünən günün ikinci yarsından dəyişən hava şəraiti, Mingəçevirdə güclü küləklə müşahidə olunub.
“Yeni Sabah” xəbər verir ki, təbiət hadisəsi şəhərdə fəsadsız ötüşməyib. Axşam saatlarına daha da güclənən külək bir neçə ünvanda irigövdəli ağacları kökündən çıxararaq avtomobil yollarına və səkilərə aşırıb.
Nəriman Nərimanov 13 ünvanında yola düşən irigövdəli ağac bir müddət avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb. pizza sifarişi
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları küləyə tab gətirməyib aşan ağacları həmin ərazilərdən götürdükdən sonra hərəkət bərpa edilib.
Telegram kanalımız