Külək İsmayıllı meşələrini dağıtdı –   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Külək İsmayıllı meşələrini dağıtdı – Fotolar

Rəsmi

20 May 2019 19:10 1257


Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb: “Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”. Sezar pizza

Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcəyi barədə xəbərdarlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!