Külli miqdarda “Marlboro” tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Külli miqdarda “Marlboro” tutuldu

Rəsmi

02 Fevral 2019 03:58 1107


Gömrük əməkdaşları qaçaqmal siqaret aşkar ediblər.

“Yeni Sabah” xəbər verir ki, Gömrük Komitəsinin yaydığı xəbərə görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz E 220 CDI" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol qanadlarında gizlədilmiş 3400 ədəd "Marlboro Gold" və 200 ədəd "Malimbo" markalı siqaretlər aşkar edilib. Sezar pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!