Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu

Kriminal

11 Mart 2026 20:08 637


Külli miqdarda mənimsəmədə təqsirləndirilən Beyləqan rayonu notariusu vəzifəsini icra edən Cəsarət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Cəsarət Qasımova bir il sınaq müddəti seçilməklə beş il altı ay müddətinə şərti cəza verilib. Sezar pizza

İttihama əsasən, Cəsarət Qasımov işlədiyi dövr ərzində vəzifə saxtakarlığı edib, ümumilikdə 308 530 manat pul mənimsəyib. İstintaq dövrü ərzində barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib, dəymiş ziyan zərərçəkmişə tam şəkildə ödənilib.

Təqsirləndirilən Cəsarət Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!