Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, keçiirlən əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş S.Əmirov 5 qramdan artıq narkotik vasitə olan marixuananı satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülüb. pizza
Faktla bağlı cinayət işi başlayıb.
Telegram kanalımız