Kür çayı üzərindəki körpü istifadəyə verildi

saytların hazırlanması

Evə çatdırılma

Kür çayı üzərindəki körpü istifadəyə verildi

Avto

18 Mart 2019 15:10 1476


Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə  bərpası işləri aparılaraq yekunlaşdırılıb və Novruz bayramı öncəsi vətəndaşların istifadəsinə verilib.

“Yeni Sabah” xəbər verir ki, bu münasibətlə təşkil olunan mərasimdə AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, AAYDA-nin İdarə Heyətinin üzvləri və rayon ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik edərək, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Məlumat verilib ki, 3 aşırımlı  körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu  isə 500 metr təşkil edir. Toyuqlu pizza

1993-cü ildə istifadəyə verilən bu körpü Şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.

Əvvəlki tikinti dövründən ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən  istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnmişdir .Bu səbəbdən 2014-cü ildə qısa müddətli fövqəladə təmir işləri yerinə yetirilsə də körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdı.

 

  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!