Kür çayı üzərindəki körpünün açılışı olub

saytların hazırlanması

Evə çatdırılma

Kür çayı üzərindəki körpünün açılışı olub

Avto

16 Mart 2019 14:32 1582


Salyan rayonunda Kür çayının üzərindən keçən körpünün açılış mərasimi baş tutub.

“Yeni Sabah” xəbər verir ki, 25 il bundan əvvəl tikilib istifadəyə verilən körpü ötən il iyun ayının 1-dən əsaslı təmirə dayandırılmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzarəti ilə yenidən qurulan körpü bu gündən vətəndaşların istifadəsinə verilib.

Açılış mərasimində AAYDA-nın İdarə Heyətnin sədri Saleh Məmmədov, Rayon İcra Hakimiyyətinin nümayəndələri və millət vəkilləri iştirak ediblər. Dominos pizza

Qeyd edək ki, Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edilir. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!