Kürdə köməksiz vəziyyətdə qalan ailə xilas edildi -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Kürdə köməksiz vəziyyətdə qalan ailə xilas edildi - YENİLƏNDİ

Hadisə

27 Mart 2026 15:07 417


Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir. Toyuqlu pizza

Məlumata görə, həmin şəxslər qulançar, şomu və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

Ailə Kür ətrafında maldarlıqla məşğul olur.

Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

***

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Samux rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştiraki ilə onlar Kürün ortasından kənara çıxarılıb.

Hazırda həmin şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!