Kürdəmirdə avtomobil yandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə avtomobil yandı - Video

Hadisə

15 İyun 2025 14:18 904


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir şəhəri, Soltan Şıxaliyev küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. pizza hut

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində VAZ-2104 markalı minik avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!