Kürdəmir rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun Karrar kənd sakini Əliyev Mamed Xəlil oğluna məxsus şəxsi təsərrüfatda olan 40 baş iribuynuzlu heyvanda qarayara, dabaq, 500 baş xırdabuynuzlu və 5 baş təkdırnaqlı heyvanda qarayara, 10 baş itdə quduzluq xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 51247 baş iribuynuzlu, 102174 baş xırdabuynuzlu, 678 baş təkdırnaqlı heyvanda qarayara, 3531 baş itdə quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 10600 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin 3992 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.
Fevralın 10-dan Kürdəmir rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,“Asiya-1” tipinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 10445 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb. Sezar pizza
Kürdəmir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiros, quşlarda nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.
Telegram kanalımız