Kürdəmirdə maşın aşdı, sürücü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə maşın aşdı, sürücü xəsarət aldı

Hadisə

13 Oktyabr 2019 15:53 1040


Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. pizza sifarişi

Qəzada xəsarət alan sürücü, Kürdəmir rayon sakini 1984 cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!