Kürdəmirdə polislər xəstənin həyatını xilas etdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Kürdəmirdə polislər xəstənin həyatını xilas etdi - Foto

Hadisə

08 Sentyabr 2019 12:23 1092


Kürdəmir rayonunda polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas edib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb.

Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, Ağasəf İsmayılov ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə ərazidə xidmət aparan polis patrulunun avtomobilinə mindirilərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəyə ilk tibbi yardım göstərilib. pizza sifarişi

Qeyd edək ki, A.İsmayılov epilepsiya xəstəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!