“Kurtlar Vadisi“ndə lider olan aktyor ekranlara qayıdır - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Kurtlar Vadisi“ndə lider olan aktyor ekranlara qayıdır - FOTO

Şou

18 Aprel 2026 20:49 1382


"Kurtlar Vadisi" serialındakı obrazı (Alimcan Kondurbayev (çeçen lider)) ilə yaddaşlara həkk olunan təcrübəli aktyor Hakan Meriçliler yeni layihə üçün müqavilə imzalayıb.

O, "Pastel Film"in imzasını daşıyan və yaxınlarda "Kanal D"də yayımlanacaq "Daha 17" serialının heyətinə qatılıb.

Son olaraq "Mezarlık" serialının ikinci mövsümündə rol alan aktyor, yeni layihədə Rəmzi obrazını canlandıracaq. Məktəb direktoru rolunda tamaşaçı qarşısına çıxacaq Meriçlilerin serialın ikinci bölümündən etibarən hekayəyə daxil olacağı bildirilir. Marqarita pizza

15 kiloqram arıqladı

Hakan Meriçliler son dövrlərdə ciddi pəhriz və idman sayəsində təxminən 15 kiloqram çəki atıb. Yeni rolu üçün xarici görünüşündə kəskin dəyişiklik edən aktyorun bu imici artıq maraq doğurmağa başlayıb.

Qeyd edək ki, uğurlu aktyorun rol aldığı "Bir Adam Yaratmak" filmi isə mayın 1-də kinoteatrlarda nümayiş olunacaq. Hazırda o, Dövlət Teatrlarında səhnələşdirilən və uzun müddətdir anşlaqla keçən "Hırçın Kız" tamaşasında da çıxış edir. / Ölkə.Az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!