Məşhur türkiyəli aktyor Haldun Boysan 62 yaşında vəfat edib.
Yenisabah.az xəbər verir ki, sənətçi serial çəkilişləri üçün getdiyi Nevşehirin Ürgüp kəndində infarkt keçirib.
Qaldığı oteldə halı pisləşən sənətçi üçün təcili yardım çağrılıb. Dərhal xəstəxanaya aparılan Boysanı xilas etmək mümkün olmayıb. pizza hut
Qeyd edək ki, Boysan "Kara Melek", "Gemide", "Çılgın Bediş", "Kurtlar Vadisi" kimi bir çox serial və filmdə rol alıb.
Sözsüz ki, onun məşhurlaşmasında "Kurtlar vadisi" serialında canlandırdığı "Tombalaçı Mehmet" obrazının xüsusi rolu olub.
Telegram kanalımız