Kürün suyu düşdü: Balıqlar üçün təhlükə

saytların hazırlanması

Evə çatdırılma

Kürün suyu düşdü: Balıqlar üçün təhlükə

Rəsmi

11 İyun 2019 20:51 1384


Son günlər Kür çayının aşağı axınında suyun səviyyəsi 1,3 metr aşağı düşüb.

Bu, həm Salyan, həm də Neftçala rayonları ərazisində nəzərə çarpır.

Belə ki, suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın bəzi yerlərində adalar əmələ gəlib. Kür sahili boyu quraşdırılmış dayanıqlı su nasosları isə tam gücü ilə işləyə bilmir.  pizza

Ekoloqların fikrincə, çayda suyun səviyyəsinin bu qədər aşağı düşməsi flora və faunaya da təsir göstərir. Üstəlik, Kürün delta hissəsində balıqlar çaya girə bilmir. Bu da gələcəkdə balıqların nəslinin tükənməsinə gətirib çıxara bilər. Mütəxəssislərin qənaətinə görə, Kür çayında enmələr belə davam edərsə, gələcəkdə vəziyyət kritik həddə çata bilər.

Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!