Küsülü müğənnilər yan-yana gəldi

saytların hazırlanması

Evə çatdırılma

Küsülü müğənnilər yan-yana gəldi

Şou

08 May 2019 10:27 1190


Müğənni Elnur Məmmədov İnstaqram səhifəsində Naxçıvan səfərindən foto paylaşıb. 

"Yeni Sabah"ın məlumatına görə, Elnurun yayımladığı şəkildə bir sıra maraqlı məqamlar diqqət çəkib. Belə ki, hava limanında çəkilən fotoda küsülü müğənnilər yan-yana gəlməli olub. 

İllərdir küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədovanın eyni məkanda olması nəzərdən qaçmayıb. Digər məqam isə müğənni Günay İbrahimli və Dadaşovanın yan-yana olması olub. Bir neçə ay əvvəl Brilliant Günayın da yer aldığı şəkli yayımlayıb, onun üzünü bağlamışdı.  Sezar pizza

Şəkildə Əməkdar artist Abbas Bağırovla müğənni Elnur Məmmədovun da mehriban dayanması diqqət çəkib. Belə ki, illər əvvəl Abbas Elnurdan küsdüyünü, tədbirdə həmkarının ona "salam" vermədiyini deyib, şikayətlənmişdi. Hətta Abbas "Onun adını çəkməyin. Bununla mövzu bağlandı. Heç düzəlməyəcək də" deyərək, sərt açıqlama vermişdi. Elnur isə Abbasın onu diqqətsizlikdə günahlandırmasını qəbul etməmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!