Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: “Səbəb...”

saytların hazırlanması

Evə çatdırılma

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: “Səbəb...”

Sosial

19 Aprel 2025 21:46 5238


Kütləvi zəhərlənmənin qeydə alındığı "Venesiya" şadlıq sarayının administratoru Nəbi Baxşəliyev Baku TV-yə danışıb.

Onun sözlərinə görə, hadisə baş verən gün şadlıq sarayının hər iki zalında məclis olub, lakin təkcə birindəki qonaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.

"Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Qidaların hamısı şadlıq sarayına sertifikasiya əsasında daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır", - deyə administrator əlavə edib. Marqarita pizza

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!