l sinfə qəbul olunmuş uşaqların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

l sinfə qəbul olunmuş uşaqların sayı açıqlandı

Sosial

06 Sentyabr 2024 17:48 423


Ölkə üzrə l siniflərə 130 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 367 nəfər uşaq qəbul olunub

Yenisabah.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

2024-2025-ci tədris ili üzrə birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesinin sona çatmasına az qalıb. Dördpendirli pizza

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!