“Labubu”ya görə yeni peşə yarandı

saytların hazırlanması

Evə çatdırılma

“Labubu”ya görə yeni peşə yarandı

Maraqlı

31 İyul 2025 08:43 1089


Çində "Labubu" oyuncaqlarına olan böyük maraq onları təmir edən "həkimlərə" tələbat yaradıb.

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Şanxaydan olan Hartman təxəllüslü “oyuncaq həkimi” bildirib ki, yalnız son bir ayda 100 "Labubu" oyuncağını təmir edib. Artan sifarişlər səbəbindən o, həyat yoldaşını da işə cəlb etməli olub və geniş studiya icarəyə götürüb. pizza hut

Bir "Labubu"nun təmiri, oyuncağın qiymətinin təxminən 10 faizinə başa gəlir. Oyuncağın orta qiyməti isə 99 yuan (təxminən 24 manat) təşkil edir. Ancaq nadir modellər ikinci əl bazarında yüzlərlə, bəzən minlərlə yuana satılır.

Sosial şəbəkələrdə "Labubu" oyuncaqlarındakı cızıqlar və zədələr üçün çoxsaylı məsləhətlər paylaşılsa da, yalnız peşəkar “oyuncaq həkimləri” bu işi keyfiyyətlə və etibarlı şəkildə görə bilir.

Qeyd edək ki, "Labubu" obrazı Honq konqlu dizayner Kasin Lunq tərəfindən “The Monsters” kitabı üçün yaradılıb. Çin şirkəti "Pop Mart" ilk dəfə bu obraz əsasında 2019-cu ildə açar bəzəkləri istehsal edib. Sonradan isə yumşaq oyuncaqlar satışa çıxarılıb. 2025-ci ildə "Labubu" qlobal trenda çevrilib. Böyük tələbat səbəbilə Böyük Britaniyada bu oyuncaqların oflayn satışı müvəqqəti dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!