Laçın dəhlizinə yalnız sülhməramlılar nəzarət etməlidir - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

Laçın dəhlizinə yalnız sülhməramlılar nəzarət etməlidir - Paşinyan

Rəsmi

27 Aprel 2023 12:42 1140


“Rusiya Federasiyasının sülhməramlı qüvvələri Laçın dəhlizini nəzarətdə saxlamalı və bununla da dəhlizin normal fəaliyyətini təmin etməlidirlər”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Nikol Paşinyan bildirib.

Baş nazir vəziyyətin ümumi nizamlanması ilə bağlı erməni tərəfinin ideyalarını təqdim edib:  Toyuqlu pizza

“Rusiya Federasiyasının sülhməramlı qoşunları Laçın dəhlizini nəzarətdə saxlamalı və bununla da dəhlizin normal fəaliyyətini təmin etməlidirlər. Yəni Laçın dəhlizinə Rusiya Federasiyasından başqa heç kim nəzarət etməməlidir. Azərbaycan da dəhlizlə sərbəst hərəkətə mane olmamalıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda da məhz bu nəzərdə tutulur”.

N. Paşinyan əlavə edib ki, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Xankəndi ilə Bakı arasındakı beynəlxalq format çərçivəsində danışıqların predmetinə çevrilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!