“Laçın dəhlizinin açılması istiqamətində teatr tamaşası ziyanımıza işlədi” - Akopyan

saytların hazırlanması

Evə çatdırılma

“Laçın dəhlizinin açılması istiqamətində teatr tamaşası ziyanımıza işlədi” - Akopyan

Siyasət

30 Avqust 2023 23:10 793


“Ermənistan hakimiyyəti Laçın dəhlizinin açılması istiqamətində teatr tamaşasından başqa heç bir addım atmadı, indi beynəlxalq ictimaiyyətdə suallar yaranıb: əgər söhbət ac qalmaqdan, ölməkdən gedirsə, o zaman hər iki tərəfdən humanitar yük Xankəndiyə keçə bilər. Bu mənada Azərbaycan uğur qazanır”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Qarabağ ermənisi Metakse Akopyan bildirib.

O jurnalistə verdiyi müsahibəsində daha sonra vurğulayıb: “Biz bu vəziyyətə düşməməli idik. Daha itirəcək heç nəyimiz yoxdur. Biz 9 aydır görürük ki, hər yeni gün əvvəlkindən daha pis və ümidsizdir. Mahiyyət etibarı ilə təzyiqlər artır. Çünki hər iki tərəf, Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanmasını sürətləndirmək istəyir. Ancaq Ermənistan üçün açıq-aşkar təhlükələr var”./Konkret.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!