Laçın postunda son vəziyyət: Ermənilər yoldan necə keçir?

saytların hazırlanması

Evə çatdırılma

Laçın postunda son vəziyyət: Ermənilər yoldan necə keçir?

Siyasət

30 May 2023 18:33 7312


Azərbaycan sərhədçiləri bizi mehribanlıqla qarşılayıb, yola salırlar.

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Qarabağdakı ermənilər “İravunk” qəzetinə deyiblər.

Onların sözlərinə görə, Laçın postunda pasportları yoxlanılması prosesi artıq xanım sərhədçilər tərəfindən aparılır. pizza

Ermənilər iddia edirlər ki, sərhəddən keçərkən onların pasportlarının surəti çıxarılır.

“Azərbaycanlılar ümumiyyətlə ilk günlərlə müqayisədə taktikanı dəyişib. Çox mehribandırlar və heç bir problem yaradılmır. Pasportlarımızın surətini çıxarır və keçidimizə şərait yaradılır”, - ermənilər deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!