“Laçın yolu ilə bağlı iki yanaşma var” 

saytların hazırlanması

Evə çatdırılma

“Laçın yolu ilə bağlı iki yanaşma var” 

Siyasət

02 Mart 2023 14:28 1558


“Laçın yolunun gələcəyi ilə bağlı iki konseptual yanaşma mövcuddur və ermənilər düzgün seçim etməlidir”.

Bunu Reyting.az-a politoloq Eldar Namazov deyib. E. Namazovun fikrincə, birinci yanaşma ondan ibarətdir ki, bu yol yalnız ermənilər üçündür, onlar nəzarətsiz olaraq oradan silah-sursat daşıya, Ermənistan qoşunlarını hələ də Azərbaycan ərazisində rotasiya etdirə, qanunsuz iş aparılan mədənlərdən qızıl və mis filizlərini çıxarıb daşıya bilərlər: “Bu, düşmənçiliyin, qarşıdurmanın davam etməsi anlayışıdır və bu konsepsiyada sərhəd və gömrük postlarına yer yoxdur”.

Politoloqun sözlərinə görə, ikinci yanaşma ondan ibarətdir ki, bu yol təkcə ermənilər üçün deyil, həm də Qarabağda yaşayan azərbaycanlılar üçündür:  pizza

“O yol ki, Ermənistan və Azərbaycanın bütün vətəndaşları qanunları pozmadan qarşılıqlı səfərlər edə, humanitar və ticarət əlaqələri saxlaya bilsinlər. Bu, sülh və əməkdaşlıq anlayışıdır. Ona görə də, sərhəddə, bütün sivil dünyadakı kimi keçid qaydalarını təmin edən sərhəd və gömrük postları olmalıdır”.

E. Namazov əlavə edib ki, Ermənistanın etməli olduğu seçim Laçın yolunda sərhəd və gömrük postlarının olub-olmaması deyil: “Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyini seçməlidir: düşmənçilik və qarşıdurma anlayışı və yaxud sülh və əməkdaşlıq konsepsiyasını. Bu, onların seçimidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!