“Mənə elə gəlir ki, vəziyyət o dərəcəyə gəlib çıxmayıb ki, biz oraya qoşun yeridək, çünki bu missiya Rusiyanın sülhməramlı qüvvələrinin öhdəsinə düşür”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O, ermənilərin Laçın və Zabuxda törətdiyi yanğınların qarşısını almaq üçün təcili surətdə əraziyə Azərbaycan Silahlı Qüvvələrinin yeridilməsiilə bağlı səslənən çağırışlara münasibət bildirib: Sezar pizza
“Düşünürəm ki, Rusiya Federasiyasına da Azərbaycan dövləti tərəfindən müraciət olacaq. Bu, ya XİN, yaxud da hansısa yolla ola bilər ki, bu məsələlər tənzimlənsin. Çünki Rusiya Sülhməramlı Qüvvələri prinsipcə Rusiya dövlətinə tabe olan silahlı birləşmələrdir və ona görə də, əgər Rusiya dövlətindən oraya tapşırıq gəlsə ki, bu prosesləri nəzarətdə saxlasınlar, onda orada heç bir erməni heç nə yandıra bilməyəcək.
Ancaq hesab edirəm ki, belə olan halda Rusiya ilə bərabər bir komissiya yaranmalıydı. Çünki bu, ermənilərin Kəlbəcərdən çıxarılması deyil, burada Laçın dəhlizi söhbəti gedir. Ona görə də, belə hadisələrin baş verməsi gözlənilirdi, həmçinin, ermənilərin belə hərəkət etmələri də gözlənilirdi. Düşünürəm ki, belə olduğu halda əvvəlcədən qabaqlayıcı tədbirlər görülməliydi. Yəni hansısa bir komissiya olmalıydı ki, əgər ermənilər çıxdığı halda belə vandal hərəkətlərə əl atsalar, onların qarşısını alsınlar”.
Polkovnik əlavə edib ki, artıq ermənilər atəşkəsi pozmağa də əl atmırlar:

“Çünki “Qisas” əməliyyatından sonra cavablarını alıblar. Ona görə də indi bu formada istəyirlər ki, vəziyyəti müəyyən bir şəkildə gərginləşdirsinlər. Belə olan halda da Azərbaycan həmin çağırışları dinləyərək sərt addım atıb oraya qoşun yeridə bilər. Lakin burada monitorinq məsələsi də önəmlidir. Məsələn, dronlar vasitəsilə onların çıxdığı əraziləri, eləcə də törətdikləri əməlləri nəzarətdə saxlamaq olar. Ona görə də Azərbaycan dövləti bunu onlardan tələb etməlidir.
Birincisi, biz onları qovmuruq. Ermənilərdən kim qalmaq istəmirsə, vətəndaşlığımızı qəbul etmirlərsə, çıxıb gedirlər. Bu onların öz xoşları ilə olan işdir. Məcburiyyət deyil ki?! Əgər biz onları bizə etdikləri kimi qovsaydıq, təzyiq göstərsəydik, deyərdim ki, onlar da belə addım atırlar. Amma bu, onların öz xoşları ilə olan bir addımdır. Əgər onlar öz xoşları ilə bunu edirlərsə, belə vandal hərəkətlər nəyə lazım?! Bəlkə sabah biz oraya gedəndə minalarla da üzləşdik?! Axı burada müəyyən komissiya olmalı və onlar yaşayış məntəqələrini həmin komissiyalara təhvil verməliydilər. Çünki biz bilirdik ki, onlar gec-tez gedəcəklər, biz bilirdik ki, o yolu tikəndə ermənilərin heç olmasa bir hissəsi buradan çıxacaq. Onların çıxma prosesini gərək biz əvvəlcədən sülhməramlılar və erməni tərəfi ilə işləməliydik. Çünki onların etdiyi qanun pozuntusudur və gərək onlar buna cavab verməliydilər. Belə olmadığı təqdirdə biz yenə də evlərin və meşələrin yandırılması faktı ilə rastlaşacağıq”.
“O cümlədən məndə belə bir məlumat da var idi, onlara 20-30 min dollar pul verirlər ki, o evləri yandırmadan getsinlər. Bunun nə qədər doğru və ya yalan olduğunu bilməsəm də, belə informasiyalar eşitmişəm.
Qısacası, burada maraqlı qüvvələr var ki, Azərbaycanın səbri ilə oynayaraq müəyyən bir şəkildə hansısa gərginliyə səbəb olan vəziyyət yaratsınlar. Təbii ki, cəmiyyət də tələb edir, eləcə də biz də bunu düşünürük ki, qoşun yeritmək lazımdır. Elə həmin o qüvvələr də bunu istəyir ki, vəziyyəti gərginləşdirmək üçün hansısa bir şərait yaradılsın. Ancaq mənə elə gəlir ki, sivil tələblər hələ tükənməyib. Ona görə də fikrimcə, bununla məşğul olacaqlar və müvafiq dövlət orqanları Rusiya dövləti ilə bunların qarşısını almağa hansısa addımlar atacaqlar. Məncə, bu yaxınlarda biz bunu eşidəcəyik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız