Laçında öldürülən müğənni ilə bağlı TƏFƏRRÜAT: “Qardaşı onu elə qaldığı çadırda qətlə yetirib”

saytların hazırlanması

Evə çatdırılma

Laçında öldürülən müğənni ilə bağlı TƏFƏRRÜAT: “Qardaşı onu elə qaldığı çadırda qətlə yetirib”

Kriminal

13 Avqust 2025 22:33 767


Laçının Fingə kəndində güllələnmə hadisəsi baş verib.

Belə ki, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə öldürüldüyü bildirilir.

"Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər gəldik. Hamı onları mehriban görüb. Aralarında nə münaqişə olub bilmirəm", - kənd sakini Tofiq Əliyev söyləyib. Dominos pizza

Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Mərhumun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilib və orada dəfn edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Xasay Quliyev isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!